Zaxarova ABŞ-ın Qazaxıstandakı hadisələrə reaksiyasını qəribə adlandırıb

Zaxarova ABŞ-ın Qazaxıstandakı hadisələrə reaksiyasını qəribə adlandırıb

ABŞ-ın Qazaxıstanda baş verənləri anlamamasını Vaşinqtondan eşitmək qəribədir.

SalamNews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Birinci Kanalın efirində deyib.

Məsələn, ABŞ dövlət katibi və ya Ağ Ev rəsmisindən Qazaxıstanda baş verənləri başa düşmədiklərini və Qazaxıstanın niyə belə qərarlar verdiyini anlamadıqlarını eşitmək qəribə idi”, – diplomat bildirib.

Onun sözlərinə görə, bu, təəccüblüdür, çünki ABŞ “həmişə hər şeyi başa düşür”.

Eyni zamanda, Zaxarova vurğulayıb ki, ABŞ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin videokonfransından sonra Qazaxıstandakı vəziyyəti başa düşməməsinin arxasında daha gizlənə bilməyəcək. Çünki Vaşinqton respublikada baş verənlər, eləcə də KTMT-nin ölkəyə sülhməramlı qüvvələrini niyə gətirməsi ilə bağlı suallara lazımi cavablar alıb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =