Zaxarova: Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışını da müzakirə edirlər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışının perspektivlərini müzakirə edirlər.
Mariya Zaxarova brifinq zamanı deyib: “Ermənilərin qayıdışı onların hüquq və təhlükəsizliyinin etibarlı qorunması şəraitində həyata keçirilməlidir”.
Zaxarova bunu da qeyd edib ki, Bakı və Moskva Dağlıq Qarabağda birgə patrul xidmətinin təşkilini müzakirə edirlər.
Rusiya XİN-nin nümayəndəsi həmçinin bildirib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundakı fəaliyyətinin müzakirələri müntəzəm və konstruktiv xarakter daşıyır.