Zaxarova Paşinyanın Zəngəzur dəhlizinin monitorinqinin FTX-yə verilməsi ilə bağlı bəyanatını şərh edib

Zaxarova Paşinyanın Zəngəzur dəhlizinin monitorinqinin FTX-yə verilməsi ilə bağlı bəyanatını şərh edib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə monitorinq funksiyasının Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmalardan çıxış edir.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin blokadadan çıxarılmasının əsas parametrlərini razılaşdırıb. Ona görə də biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik”, – Zaxarova deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + seven =