Zelenski Bennetdən vasitəçilik etməsini istəyib

Zelenski Bennetdən vasitəçilik etməsini istəyib

Ukrayna mənbələrinin məlumatına görə, Ukrayna Prezidenti sionist rejimin Baş nazirindən Rusiya ilə danışıqlarda vasitəçilik etməyi xahiş edib.

Anna Xəbər Agentliyinin beynəlxalq Qrupu Ukrayna Radio və Televiziya Birliyinə istinadən bildirib ki, Vladimir Zelenski Naftali Bennettdən Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Rusiya ilə məsləhətləşmələr və vasitəçilik etməyi xahiş edib.

“Financial Times” da bu xəbəri təsdiqləyib.

 “Bennettin vasitəçiliyə razı olub-olmayacağı bəlli deyi.” –deyə,  qəzet məlumatlı mənbəyə istinadən yazıb.

Ötən gecə (cümə) ABŞ Ukrayna Prezidentindən Kiyevi tərk etməsini istəyib, lakin o, ABŞ-ın təklifini rədd edərək deyib: “Müharibədir və mənə qaçmaq yox, sursat lazımdır.”

 “Washington Post” həmçinin yazıb ki, ABŞ hökuməti Zelenskini Kiyevdən çıxarmağı və onun mühacirətdə olarkən Ukrayna hökumətinə rəhbərlik edə biləcəyi təhlükəsiz bir yerlə təmin etməyən hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + sixteen =