Zelenski İsrailə getmək istəyir
Ukrayna prezidenti Vlodimir Zelenski Həmas-sionist rejim müharibəsi zamanı işğal olunmuş torpaqlara səfərə hazırlaşır.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ukrayna prezidentinin bu səfəri Tel Əvivə dəstək xarakteri daşıyır.
Məlumatlı mənbələr xəbər verir ki, Zelenski özü rəsmi surətdə baş nazir Netanyahu kabinetinə səfər etmək üçün ərizə yazaraq ora getməsini istəyib. Amma səfərin tarixi və detalları barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Zelenskinin İsrailə səfəri elə bir haldadır ki, öz ölkəsi müharibə burulğanındadır və Tel Əviv də oktyabrın 7-dən Həmasla müharibə şəraiti elan edib.