Zelenski Kiyevi niyə tərk etmədiyini açıqlayıb

Zelenski Kiyevi niyə tərk etmədiyini açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski təkliflər almasına baxmayaraq, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri niyə xaricə getmədiyini izah edib.

BAKU.WS xəbər verir ki, o bu barədə BBC-yə müsahibəsində danışıb.

“Ölkəmdə baş verənlər, ukraynalıların başına gələnlər məni maraqlandırır. Mən də onlardan biriyəm. Mən necə çıxıb gedə bilərəm? Bu, mümkün deyil. Belə bir şey heç ağlıma da gəlməyib. Prezident olmasaydım da belə fikrim olmazdı. Mən yenə də Ukraynada olardım. İndi mənim böyük məsuliyyətim var”, – deyə dövlət başçısı bildirib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =