Zelenski müttəfiqlərə: İsrail də NATO ölkəsi deyil, amma…

Zelenski müttəfiqlərə: İsrail də NATO ölkəsi deyil, amma…

“Ukrayna prezidenti Vladimir Zelenski Kiyev yaxınlığındakı Tripol İES-in 4 Rusiya raketi ilə məhv edildiyini, daha 7 raketin vurulduğunu bildirib”.

Bu barədə dövlət başçısı “PBS NewsHour” telekanalına müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemində obyekti qoruyan döyüş başlıqları tükəndiyi üçün Tripol İES-i Rusiya raketlərindən qorumaq mümkün olmayıb:

“Biz ilk 7 raketi məhv etdik. 4 raket isə stansiyanı məhv etdi. Çünki Tripolu müdafiə edən bütün raketlərimiz tükəndi”.

Eyni zamanda, Ukrayna prezidenti İranın İsrailə son hücumunu və dünya ictimaiyyətinin reaksiyasını xatırladıb:

“Müttəfiqlər bizə bu və ya digər silahı verə bilməyəcəklərini, bu və ya digər qüvvə ilə Ukraynada ola bilməyəcəklərini deyəndə, bunun Ukraynanın NATO-nu müharibəyə sürüklədiyi anlamına gələcəyini deyəndə, mən sizə bir sual vermək istəyirəm: İsrail NATO-da, yoxsa bir NATO ölkəsi deyil? Budur sizin sualın cavabı. İsrail NATO ölkəsi deyil, amma müttəfiqlər, o cümlədən NATO ölkələri onu müdafiə etdilər. İrana göstərdirlər ki, İsrail tək deyil. Bu, dünyanın hər hansı yerində olmasına baxmayaraq, “NATO ölkələrini müharibəyə sürükləməmək üçün Ukraynaya çox diqqətlə yardım edilməlidir” deyən hər kəsə çox yaxşı cavabdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =