Zelenski: Rusiyaya hücumdan sonra sülh danışıqlarına dair yeni açıqlama

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Bu gün Rusiyaya olunan hücumun ardınca Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. İstanbulda keçiriləcək sülh danışıqları ilə bağlı danışan Zelenski, Ukrayna nümayəndə heyətinin görüşlərə qatılacağını təsdiqləyib. O, Rusiyanın danışıqlara ciddi yanaşmadığını vurğulayaraq, beynəlxalq tərəfdaşlardan daha sərt tədbirlər görmələrini tələb edib. Prezident, müzakirələrin real nəticə verməsi üçün açıq və güclü mövqe ortaya qoyulmasının vacib olduğunu bildirib. “Biz kiçik bir barışı belə əldən vermək istəmirik. Əgər atəşkəs olmayacaqsa, Rusiyanın sürətli qərar alması üçün əlavə sanksiyalar tətbiq edilməlidir,” – deyə Zelenski qeyd edib. Rusiya tərəfi isə hələlik Ukrayna liderinin bu açıqlamasına rəsmi reaksiya verməyib. İstanbul görüşlərinin bölgədə gərginliyi azaldıb-azaltmayacağı yaxın günlərdə aydınlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + seventeen =