Zeynəb Süleymani: Qasim Süleymaninin yolu qüdrətlə davam etdiriləcək

Zeynəb Süleymani: Qasim Süleymaninin yolu qüdrətlə davam etdiriləcək

Sizinyol xarici mediaya istinadən xəbər verir:

General Hacı Qasim Süleymaninin qızı atasının yolunun davam etdiyini vurğulayaraq, minlərlə iranlıların qüdrət və vəhdətlə onun yolunu davam etdirəcəklərini və terrorizmə qarşı mübarizə aparacaqlarını söylədi.

Zeynəb Süleymani ABŞ-ın Qərbi Asiyada müharibə başlatmaq üçün Əl-Qaidə və Taliban kimi terror qrupları yaratdığına dair dəlillərin olduğunu vurğuladı.

“Taliban və Əl-Qaidənin ABŞ tərəfindən yaradılan terror qrupları olduğunu hamımız bilirik və bu mövzuda bir çox dəlillərimiz var və bu cür terror qruplarına qarşı tək atam dayandı” – deyə vurğuladı.

Zeynəb Süleymani Trump administrasiyasının və ABŞ rəsmilərinin atasının İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarına qarşı fəaliyyətlərindən qəzəblənmələrinin səbəbini açıqladı:

“Bu qrupları (Əl-Qaidə və İŞİD) başqalarına zərər vermək, evlərini və əmlaklarını ələ keçirmək üçün istifadə etdilər. İstəklərinə nail olmadılar, çünki atam bu terror qruplaşmalarına qarşı çıxdı və onları hər yerdə məhv etdi.

Suriyaya getdi və Suriya xalqı və suriyalı uşaqların təhlükəsizliyi üçün mübarizə apardı. Atam necə amerikalıları və avropalıları öldürmək istəyən biri ola bilər?!

Onları İŞİD-dən qurtardı. O, ac qalan Yəmən xalqına kömək etdi. Atam dünyanı hər kəs üçün təhlükəsiz bir yerə çevirmək üçün mübarizə apardı və düşünürəm ki, tarix atamın fəaliyyətlərini  layiqincə qiymətləndirəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + seven =