Ziyad Əl-Nəxalə: Fələstinin və Qüdsün yeri həmişə Hacı Qasimin qəlbində idi

Ziyad Əl-Nəxalə: Fələstinin və Qüdsün yeri həmişə Hacı Qasimin qəlbində idi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının baş katibi Ziyad Əl-Nəxalə General Şəhid Hacı Qasimin Fələstin xalqına yardımı ilə bağlı danışarkən deyib ki, Qəzzadakı mücahidlərə uzaq mənzilli raketlər hazırlamaq üçün təlim vermək fikri Hacı Qasimə məxsusdur. Qəzzada yüzlərlə fələstinli döyüşçü Hacı Qasimi şəxsən tanıyırlar.

O, belə deyib: “İlk  dəfə, Hacı Qasim Qəzzadakı mücahidlərə uzun mənzilli raketlər hazırlamaq üçün təlim vermək fikrini ortaya qoydu və mühasirədə olan Qəzzanın öz silahlarını istehsal etməsi böyük bir uğur idi.”

Ziyad Əl-Nəxalə belə qeyd edib: “Günümüzdə Qəzza zolağında gündəlik minlərlə roket və digər hərbi sürsatlar istehsal olunur. HƏMAS-dan tutmuş İslami Cihada qədər olan bütün mühəndislik vahidləri İranda təlim keçmişlər.”

Əl-Nəxalə həmçinin deyib: “Fələstinin və Qüdsün yeri həmişə Hacı Qasimin qəlbində idi. Şəhadət verirəm ki, o, işlərimizi və birgə layihələrimizi daim izləyərdi və bu, onun gündəlik qayğıları idi.”

İslami Cihadın baş katibi əlavə edib: “Hacı Qasim təlim kurslarında mücahid qardaşların yeməyinə qədər bütün işlərinə diqqət yetirər və onlarla şəxsi görüşlərdə birgə yemək yeyərdi. O, insanlıq səviyyəsində görkəmli bir şəxsiyyət idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 12 =