Ziyad Əl-Naxalə: İslami Cihadın prioriteti seçkilər deyil, İsraillə mübarizədir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ziyad Əl-Naxalə Fələstin İslami Cihad Hərəkatının baş katibi bu hərəkatın prioritetinin seçki keçirmək deyil Sionist rejimə qarşı müqavimət göstərmək olduğunu vurğulayıb.
Əl-Naxalə bildirib ki, Fələstində seçkilərin sionist rejimin iştirakı ilə keçirilməsi bu rejimlə birgə yaşamağa razı olmaq mənasındadır.
O, həmçinin bildirib ki, saxta bir rejimi leqallaşdırmaq lazım deyil. Bütün Fələstin xalqı əsir və işğal altındadır.
Sionistlərin Fələstin xalqının torpaqlarını və evlərini müsadirə etmək səylərinə toxunan Fələstin rəsmisi ayağa qalxmalı, müqavimətə və cihada davam etməliyik deyib.
“Bizim bugünkü vəzifəmiz sionist rejimin qanuniliyini tanımamaqdır, seçki qutuları üzərində bir birimizlə mübarizə aparmaq deyil”, deyə İslami Cihad Hərəkatının baş katibi əlavə edib.