Ziyad Ən-Nəxalə: Biz Qüdsü azad edənə qədər müqaviməti davam edəcəyik
Fələstin İslami Cihadının Baş katibi qarşıda olanların daha böyük olduğunu, fələstinli döyüşçülərin kədərli günlərinin izzət və qələbə günlərinə çevriləcəyini bildirib.
Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxalə bazar günü səhər sionist rejim tərəfindən üç döyüşçünün öldürülməsinə cavab olaraq televiziyada çıxış edib.
Ən-Nəxalə bu çıxışında deyib: “Son əməliyyatlar bizim gələcəyimizin uzlaşma və normallaşma konfranslarından uzaq şəkildə formalaşdığını göstərir.. Qarşıda olanlar daha böyükdür və döyüşçülərimizin kədərli günləri izzət və qələbə günlərinə çevriləcək.”
Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, o, müqavimətin azad və cəsur Fələstin xalqının ətrafında toplaşdığı bir seçim olduğunu izah edib:
“İslami Cihad hərəkatı Fələstinin azad edilməsinə aparan müqavimət yolunu tamamlayacaq.”
Ən-Nəxalə davam edib: “Nə qədər ki, bizdə müqavimət şəhidləri, öz iradəsi və qanı ilə kədərli günlərimizi şöhrət və qələbə günlərinə çevirən döyüşçülərimiz var, gələcəyimiz daha böyükdür. İnşallah, ilahi qələbənin qaçılmaz olacağına tam inamımızla şəhidlərin iradəsini qoruyaq və onların yoluna davam edək.”
İslami Cihad hərəkatının 3 fələstinli döyüşçüsü şənbə günü səhər Cəninin cənubunda ərabə bölgəsində baş verən toqquşmada həlak olub, iki sionist əsgər isə yaralanıb.
Fələstinli rəsmilərə görə, işğal olunmuş ərazilərin mərkəzində son şəhadət əməliyyatları sionist rejimi şoka salıb və fələstinlilərin səhra qətliamına səbəb olub.