Zülfiqarla Yəməndən Ben Quriona hücum

Yəmən Silahlı Qüvvələri “Zülfiqar” ballistik raketi ilə İsrailin Ben Qurion hava limanını hədəfə alıb. Briqada generalı Yəhya Seri hücumun hədəfi dəqiq vurduğunu və hava hərəkətini dayandırdığını bildirib.
Yəmən Silahlı Qüvvələri bazar ertəsi həyata keçirdiyi hərbi əməliyyatda “Zülfikar” tipli ballistik raketdən istifadə etdiklərini və İsrailin Ben Qurion hava limanını hədəf aldığını açıqlayıb.
Bildirilib ki, əməliyyat “məzlum Fələstin xalqına və onların mücahidlərinə dəstək, Qəzzada baş verən soyqırım və aclığa, sionistlərin Məscidül-Əqsaya qarşı təcavüzlərinə cavab olaraq” həyata keçirilib.
Silahlı Qüvvələrin sözçüsü briqada generalı Yəhya Seri verdiyi açıqlamada əməliyyatın “tam dəqiqliklə hədəfinə çatdığını, dörd milyon sionisti sığınacaqlara yönəltdiyini və hava limanında hava hərəkətini dayandırdığını” bildirib.
Bəyanatda həmçinin qeyd olunub ki, Yəmən Silahlı Qüvvələri “Qəzzədəki müharibədə baş verənləri yaxından izləyir və Qəzzanın müqavimətli və azad oğullarının fədakarlıqlarını hörmətlə salamlayır”.
Başda Qəssam Briqadaları, Qüds Briqadaları və hər kəsin tərk etdiyi millətin müdafiəsini üzərinə götürən bütün müqavimət döyüşçüləri olmaqla bütün qruplarda mücahidlərə cihad salamları göndərildi.
Bəyanatın sonunda “Azad, müstəqil və şərəfli Yəmənin Fələstini tək qoymayacağı, hücumlar bitənə və mühasirə götürülənə qədər Fələstinin yanında olacağı” vurğulanıb və bütün mücahidlər bir daha salamlanıb.
Digər tərəfdən, işğalçı İsrail ordusu gün ərzində Yəməndən İsrailə doğru ballistik raket atıldığını açıqlayıb.
İsrail mediasına görə, nəticədə mərkəzi rayon, Qüds, İordan çayının qərb sahilindəki yaşayış məntəqələri və cənubdakı bəzi ərazilər də daxil olmaqla geniş ərazilərdə hava hücumu sirenləri səslənib.
Hücum Yəməndə davam edən gərginliyin bir hissəsidir, İsrail ordusuna görə, Yəmən qüvvələri martın 18-də Qəzzaya hücumların bərpasından sonra İsrailə 44 ballistik raket və ən azı 10 pilotsuz uçan aparat atıb.