Əfqanıstanda dəhşətli şaxta:157 nəfər ölüb, 70 min…
Publika.az xəbər verir ki, Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi son 15 ilin ən soyuq qış fəslinin yaşandığı ölkədə havaların şaxtalı olması səbəbindən həyatını itirənlərin sayının 157-yə yüksəldiyini açıqlayıb.
Rəhimi, həmçinin bildirib ki, ölkə üzrə təxminən 70.000 kənd təsərrüfatı heyvanı donaraq ölüb. Xeyriyyə təşkilatlarının məlumatına görə, ölkənin 38 milyon əhalisinin yarısından çoxu aclıqla üzləşib və 4 milyona yaxın uşaq qida çatışmazlığından əziyyət çəkir.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) bazar günü təxminən 565,700 nəfərə ədyal, istilik və sığınacaq kimi yardımların çatdırıldığını, lakin daha çox ehtiyac olduğunu açıqlayıb.
Ölkənin müxtəlif bölgələrində havanın temperaturu mənfi 33 dərəcəyə enir.
Publika.az