Əfqanıstanda “Taliban” hücumu: 3 polis ölüb, 1-i yaralanıb
Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətinə “Taliban” qruplaşması döyüşçülərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 3 əməkdaşı ölüb, 1-i yaralanıb.
“Report” xəbər verir ki, məlumatı sentyabrın 30-da yerli “Tolo news” telekanalı yayıb.
Bildirilib ki, “Taliban” Kunduz-Xanabad yolunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edib. Hadisənin təfərrüatı barədə xəbər verilməyib.