Əl-Əqsa məscidində 280 min fələstinli etikaf keçirib – Video
Əl-Qüds İslam Vəqfi İdarəsi 280 min fələstinli ibadətçinin müqəddəs Ramazan ayının 27-ci gecəsini Məscidül-Əqsada qeyd etdiyini açıqlayıb.
Əl-Qüds İslam Vəqfli İdarəsi çərşənbə axşamı (18 aprel) səhər saatlarında bildirib ki, sionist rejimin sərt tədbirlərinə baxmayaraq, təxminən 280 min fələstinli ibadət edən mübarək Ramazan ayın 27-ci gecəsi mərasimini Əl-Əqsa məscidində keçirib.
“Əl-Məyadin” kanalı saytının məlumatına görə, ötən gecə fələstinlilərin dörddə birindən çoxu [280 min nəfər] sünnilərin qədr gecəsi adlandrdıqları müqəddəs Ramazan ayının 27-ci gecəsi mərasimini Əl-Əqsa məscidində keçirib.
Fələstinli namazqılanlar və ibadətçilər Əl-Əqsa məscidinin ətrafında onlarla çadır qurublar, İsrail hərbçiləri isə məscidin girişlərində və Qüdsə gedən keçid məntəqələrində təhlükəsizlik və məhdudiyyətləri gücləndirib.
Bir neçə gün əvvəl Beynəlxalq Qüds Günü ilə eyni vaxtda Fələstinlilərin Beynəlxalq Qüds Gününə təsadüf edən mübarək Ramazan ayının dördüncü Cümə namazını ən möhtəşəm şəkildə qıldığı barədə mətbuatda məlumat yayılıb.
Fələstinin “Şahab” xəbər agentliyinin məlumatına görə, cümə günü 250 min fələstinli bu möhtəşəm namazı qılmaq üçün Fələstinin hər yerindən Məscidül-Əqsaya gəlib.
Mübarək Ramazan ayı başlayandan bəri sionist rejimin hücumları bir neçə dəfə Məscidül-Əqsada olan ibadətçilər və xidmətçilərə qarşı təkrarlanıb. İşğalçı rejim qüvvələri sionist mühacirlərin məscidin həyətinə soxulmasının qarşısını almaq üçün məscid ərazisini hərbi kazarmalara çeviriblər.