Ənsarullah: Bəyanat vermək Qurani-Kərimin təhqir olunmasını pisləmək üçün kifayət deyil
Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi Qurani-Kərimin yenidən təhqir olunmasına cavab olaraq vurğulayıb ki, artıq bəyanat yaymaq kifayət deyil və İsveç diplomatik və iqtisadi sanksiyalara məruz qalmalıdır.
Yəmənin Ənsarullah Hərəkatının siyasi ofisi bu gün günorta (cümə) İsveçdə Qurani-Kərimin yenidən təhqir olunmasına cavab olaraq bəyanat yayıb.
Yəmənin Ənsarullah Hərəkatının informasiya bürosunun məlumatına görə, bu hərəkat bəyan edib: “Biz İraqın cinayətkar ölkə İsveçə qarşı məsuliyyətli mövqeyini təqdirəlayiq hesab edrik. İslam dünyası ölkələrindən xahiş edirik ki, İsveçə və İslam dinimizi, rəmzlərimizi və müqəddəsl şeylərimizi təhqir edənləri müdafiə edən ölkələrə diplomatik və iqtisadi embarqo tətbiq etsinlər.
Bu bəyanatın davamında vurğulanır: “İsveçdə Qurani-Kərimin yandırılması və təhqir edilməsi cinayətinin təkrarlandığı bir şəraitdə artıq pisləyici bəyanatlar kifayət etmir. “İslama və müqəddəs şeylərimizə qarşı təhqirlər planlaşdırılmış bir hərəkətə çevrilib ki, bunun arxasında yəhudi-sionist lobbisi – kafir Qərbə nəzarət edən lobbi dayanıb.”
Ənsarullahın siyasi ofisi də vurğulayıb: “Bu ümmətin Qurani-Kərimi təhqir edənlərə qarşı sərt əməli mövqelər tutması və onlara diplomatik, siyasi və iqtisadi embarqolar tətbiq etməsi vacibdir. İslam ümmətindən cinayətkar İsveçə qarşı təsirli əməli addımlar atmaq üçün öz hökumətlərinə təzyiq göstərmələrini xahiş edirik ki, bu, başqalarına dərs olsun.”
Son həftələrdə Qurani-Kərimi təhqir edən, İsveçdə yaşayan İraq əsilli vətəndaş “Salvan Momika” İsveç polisindən lazımi icazələri aldıqdan sonra cümə axşamı, iyulun 20-də Qurani-Kərimi ikinci dəfə təhqir edib.
Bu aksiya İslam ölkələrinin sərt reaksiyası ilə müşayiət olunub. Bir çox ölkələr İsveçin səfirlərini çağıraraq onlara sərt etiraz notaları təqdim ediblər.
Amma İraq ölkəsi səfiri çağırmaqla kifayətlənməyib və İsveç diplomatlarının bu ölkədən getməsinə göstəriş verib. İraqın Baş naziri Məhəmməd Şiya Əs-Sovdani Xarici İşlər Nazirliyinə İraqın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmağı əmr edib. Bu sərəncamın ardınca İraq Xarici İşlər Nazirliyinin sözçüsü “Əhməd Əs-Səhaf” İraq səfirinin Stokholmdan, İsveç səfirinin isə Bağdaddan getməsinə dair sərəncamın verildiyini açıqlayıb.