Ərəblər “Liverpul”u istəyir
“Liverpul”un potensial müştərilərindən biri bəlli olub.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Dubay İnvestisiya Kapitalı (DIC) İngiltərə klubunu almaq niyyətindədir.
BƏƏ-dən olan investorlar Premyer Liqa təmsilçisi üçün 5 milyard dollar təklif edəcək. Klubun indiki sahibi “Fenway Sports Group” (FSG) “Liverpul”u satmaq istəyindədir.
Qeyd edək ki, ABŞ şirkəti klubu 2010-cu ilin mayında 3,5 milyard funt sterlinqə alıb.
Lent.az