Ərdoğan: Türkiyə-İsrail münasibətləri regional təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir

Ərdoğan: Türkiyə-İsrail münasibətləri regional təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir

Ankara ilə Tel-Əviv arasında əlaqələrin inkişaf etdiyini deyən Türkiyə Prezidenti ikitərəfli münasibətlərin regionun təhlükəsizliyi və sabitliyi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

Çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident sarayında bir qrup türk yəhudisi və “İslam Ölkələrində Xaxam Koalisiyası”nın üzvləri ilə görüşüb.

Türkiyənin Anadolu xəbər agentliyinin bu gün yaydığı xəbərə görə, Ərdoğan qismən deyib ki, Fələstin məsələsi ilə bağlı – xüsusilə Qüds üçün atılan istənilən addım təkcə fələstinlilərin təhlükəsizliyi və sabitliyinə deyil, həm də İsrailə töhfə verəcək.

Türkiyə Prezidenti əlavə edib: “Müvafiq olaraq, istər İsrail Prezidenti İshaq Hersoqla, istərsə də Baş nazir Naftali Bennettlə davam etdirilən danışıqlarımıza əhəmiyyət verirəm.”

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan “Qüds məsələsinin bütün dini məzhəblərin həssaslığını nəzərə alan həll yolunun tapılacağına əmin olduğunu” vurğulayaraq, Türkiyə-İsrail münasibətlərinin regional təhlükəsizlik və sabitlik üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib.

O, həmçinin bildirib ki, Tel-Əviv və Ankara arasında Fələstin məsələsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli əlaqələr iqtisadiyyat, ticarət və turizm sahələrində inkişaf edir. Biz üç monoteist dinin müqəddəs məkanlarının yerləşdiyi bu qədim coğrafi ərazidə gərginlik, müharibə və ya iğtişaşlar görmək istəmirik.

Ərdoğan Türkiyənin ən böyük arzusunun Yaxın Şərqdəki dini məzhəblərin, müxtəlif irqi və etnik azlıqların bir-biri ilə sülh içində yaşaması olduğunu deyib.

Bu sözlər Türkiyə Prezidentinin daha əvvəl İsrail Prezidenti İshaq Hersoqla telefon danışığında “Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətini” vurğuladığı vaxta təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 9 =