12 ölkə husilərə ciddi xəbərdarlıq edib

12 ölkə husilərə ciddi xəbərdarlıq edib

ABŞ, İngiltərə, Almaniya, Kanada, İtaliya və Yaponiya da daxil olmaqla 12 ölkə birgə bəyanatla husiləri Qırmızı dənizdəki hücumlarına görə qınayıb və buna görə məsuliyyəti onların daşıdığını bildirib.

Ağ Ev tərəfindən edilən və ABŞ, Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya və İngiltərənin imzaladığı birgə bəyanatda husilərin hücumlarının dünya dəniz ticarətini ciddi şəkildə pozduğu və bunun milyonlarla insanın həyatına mənfi təsir göstərdiyi, beynəlxalq ictimai rəyin böyük hissəsinin bu hücumlara qarşı həmrəy olduğu qeyd edilib.

“Husilərin davam edən hücumları qeyri-qanuni, qəbuledilməzdir və ciddi şəkildə sabitliyi pozur. Mülki gəmiləri və hərbi gəmiləri bilərəkdən hədəfə almaq üçün heç bir beynəlxalq əsas yoxdur”,-deyə açıqlamada vurğulanır.

Açıqlamada husilərin hücumlarının “kollektiv cavab” tələb etdiyi vurğulanıb və bu qeyri-qanuni hücumların dərhal dayandırılmasına və qanunsuz olaraq həbs edilən gəmilərin sərbəst buraxılmasına çağırış edilib.

“Bu hücumlar insan həyatını, qlobal iqtisadiyyatı və ticarətin sərbəst axınını təhdid etməyə davam edərsə, bu hücumların məsuliyyəti husilərin çiyinlərinə düşəcək”,-deyə bəyanatda bildirilir.

Qeyd edək ki, husilərin son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =