12 yaşlı nəvəsini itirən kimi ayaqları tutuldu-Video
Sujetimizin qəhrəmanı Ağdam sakini Suanveriyev Qəhrəman Xudu oğludur. Ağdam rayonunun Gülablı kəndindəndir, Müharibə iştirakçısıdır Qəhrəman dayı. 1994-cü ildən ailəsi ilə birlikdə Bakıda məskunlaşıb. 2018-cu ildən əlil arabasına məhkum olub, özü əlil olmasa da.
Bəli, düz eşitdiniz, özü əlil deyil. Daha doğrusu 5 ildir ki, əlillik almaq üçün döymədiyi qapı qalmayıb Qəhrəman dayının. Amma işinə baxan yoxdur. Deyir ki, 12 yaşlı nəvəsinin qəfil ölümü onu ömürlük əlil arabasına məhkum edib. Gecə yatıb səhər ayılanda artıq ayaqları işləməyib. Həkimlər də ona düzgün diaqnoz təyin edə bilmirlər.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq.Qəhrəman Suanverdiyevin vəziyyətini izah etdikdən sonra Agentliyin ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası Qəhrəman dayının evinə yollandı, ona elə evindəcə baxış keçirdilər. Bəli, APA TV-nin müraciətindən sonra 5 ildir ki, əlillik almaq üçün qapı-qapı gəzən Qəhrəman dayıya nəhayət ki, əlillik təyin ediləcək. O, bundan sonra müalicəsini başını çiyninə qoyub, onun bunun cibinə baxaraq deyil, öz pensiyası ilə həyata keçirəcək.
Apa.az