Ekvadorda cinayətkar dəstənin 329 üzvü saxlanılıb, daha 5 nəfər öldürülüb

Ekvadorda cinayətkar dəstənin 329 üzvü saxlanılıb, daha 5 nəfər öldürülüb

Ekvador hərbçiləri və polis əməkdaşları ölkədə silahlı iğtişaşların başlanmasından sonra cinayətkar dəstənin 329 üzvünü saxlayıb, daha 5 nəfəri öldürüblər.

Bunu ölkənin silahlı qüvvələrinin birgə komandanlığının rəhbəri Xayme Vela Eraso deyib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 61 müxtəlif çaplı silah, 418 patron, 24 partlayıcı qurğu ələ keçirilib, 41 nəfər əsirlikdən xilas edilib.

Komandanlıq rəisi qeyd edib ki, üç silahlı cinayətkar qrupla toqquşmadan sonra təhlükəsizlik qüvvələri qaçan 28 məhbusu həbsxanaya qaytarıb.

Vela Eraso əlavə edib ki, iğtişaşların baş verdiyi həbsxanalarda ölən girovlar olmayıb. Rəsmilərin bildirdiyinə görə, Ekvador həbsxanalarında azı 139 nəfər silahlı dəstə üzvləri tərəfindən girov saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 14 =