1973-cü ildən bəri ABŞ-da 63 milyondan çox abort edilib
Fox News xəbər verir ki, araşdırmanın nəticələri göstərir ki, 1973-cü ildən ABŞ Ali Məhkəməsi qadınların abort hüquqlarını qoruyan Roe Veyd (Roe v. Wade ) qanununu qəbul etdikdən sonra, bu ölkədə indiyədək 63 milyondan çox abort baş verib.
Amerika respublikaçılarına yaxın olan bu xəbər şəbəkəsinin hesabatında deyilir:
ABŞ-da uşaqları müdafiə edən ən qədim təşkilat olan Yaşamaq Hüququ üzrə Milli Komitənin hesablamalarına görə, 1973-cü ildən bəri 63.459.781 abort baş verib.
Birləşmiş Ştatlar hesab edir ki, 1975-2012-ci illər arasında ildə bir milyondan çox abort olub.
Yaşamaq Hüququ üzrə Milli Komitənin yeni məlumatları göstərir ki, ABŞ-da hər 1000 hamiləlikdən 195-i abort edilib.
“1973-cü ilin yanvarından, Ali Məhkəmənin hər hansı səbəbdən abortu leqallaşdırdığı vaxtdan bu yana, bizim hesablamalarımıza görə, təəssüflər olsun ki, bu qərar nəticəsində 63 milyondan çox doğulmamış uşaq ölüb”, – komitə sədri Karol Tobias bildirib.
2016-cı ildə Gat Macher İnstitutunun araşdırmasına görə, ABŞ-da 2014-cü ildə abortdan istifadə edən qadınların əksəriyyəti yoxsul ailələrdən olub və onların 49 faizinin ABŞ-da gəliri aşağı (o vaxt ildə 11 min dollar) olub. Həmçinin, yoxsulluq həddində yaşayan qadınların 26%-i abortdan istifadə edib. 2014-cü ildə abort etdirən qadınların əksəriyyəti (60%) 20 yaşında, təxminən üçdə biri isə 30 yaşında olub.
Eyni zamanda, 2014-cü ildə ABŞ-da abortların təxminən 59%-i ən azı bir uşağı olan qadınlar arasında baş verib.
CNN telekanalı xəbər verir ki, yeni layihəyə əsasən, ABŞ Ali Məhkəməsi bütün Birləşmiş Ştatlarda abortu qadağan etmək niyyətindədir.
Amerikanın “Politico” xəbər saytı tərəfindən dərc edilən layihənin və ABŞ Ali Məhkəməsinin məxfi sənədinin üzə çıxarılması onu göstərir ki, bu layihənin müəllifi, ABŞ Ali Məhkəməsinin 9 hakimindən biri olan hakim Samuel Aliton ona qarşı rəy verib. Hakim Aliton mətndə abort işi üzrə hökmün əvvəldən yanlış olduğunu yazıb.
Ali Məhkəmənin yekun qərarının təxminən iki aydan sonra, iyunun sonu və ya iyulun əvvəlində elan ediləcəyi gözlənilir və mühafizəkar hakimlər onu dəstəklədiyi təqdirdə hər bir ştat abort hüququ ilə bağlı qərar verə biləcək.
NBC xəbər verir ki, ABŞ Ali Məhkəməsi qərar verdikdən sonra 23 ştat, ehtimal ki, abortu qadağan etmək üçün səs verəcək.
Məlumata görə, Alabama, Amerika Samoası, Arkanzas, Arizona, Corciya, Quam, Aydaho, Kentukki, Luiziana, Miçiqan, Missisipi, Missuri, Şimali Karolina, Şimali Dakota, Şimali Mariana adaları, Ohayo, Cənubi Oklahoma, Oklahoma, Cənubi Oklahoma, Tennessi, Texas, Yuta və Vayominq ştatlarında Ali Məhkəmənin qərarından sonra abort qadağan ediləcək.