2 Türkmən personajı: Həşdi Şəbi olmasaydı, türkmənlər qətliam olunacaqdı

2 Türkmən personajı: Həşdi Şəbi olmasaydı, türkmənlər qətliam olunacaqdı

İki İraq türkmən personajı Həşdi Şəbinin Diyala vilayətində İŞİD terrorçularının türkmənləri öldürməsinin qarşısını aldığını bildirib.

Biri İraq türkmən siyasətçisi və digəri qəbilə şeyxi olan şəxslər hadisənin qarşısının alınmasında Həşdi Şəbinin rolundan danışaraq, İŞİD terrorçularının türkmənləri soyqırım etmək niyyətində olduğunu bildirib.

Diyala vilayətindən olan türkmən siyasətçisi Təqioğlu deyib ki, İŞİD terrorçuları 2014-cü ilin iyunundan və İraqın işğalından sonra Həmrin bölgəsində və digər məntəqələrdə onlarla kəndi dağıdıb və sakinləri evlərindən didərgin salıblar. Həmçinin, çoxlu bağlar və kənd təsərrüfatı sahələri də məhv edilib.

O, Həşdi Şəbinin Diyala vilayətində və Həmrin bölgəsində türkmən kəndlərinin azad edilməsi üçün 100-dən çox şəhid verdiyini vurğulayıb.

Türkmən qəbilə ağsaqqalı və şeyxi Səbih əl-Bəyati deyib: “Az qalmışdı ki, türkmənlər İŞİD tərəfindən qətlə yetirilsin. Həşdi Şəbi ərazilərimizi azad etmək üçün çoxlu qan vermiş və canlarından keçmişdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =