Fələstinli yaşlı qadının sionist qəsəbə sakini tərəfindən şəhadəti

Fələstinli yaşlı qadının sionist qəsəbə sakini tərəfindən şəhadəti

Sionist qəsəbə sakini bu gün səhər saatlarında bir fələstinli qadını maşınla vuraraq şəhid edib.

“Qədir Fəqha Məsalimə” adlı 60 yaşlı fələstinli qadın bu gün səhər (cümə) Ramullah yaxınlığında sionist qəsəbə sakini tərəfindən öldürülüb və şəhid olub.

Fələstin Əl-Yəvm saytının məlumatına görə, cinayət Ramallah Nablus yolundakı Səncəl kəndi yaxınlığında baş verib və ağır yaralanan yaşlı qadın xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.

Qəzadan sonra hadisə yerindən qaçan sakin 2014-cü ildə də “İnas Şövkətdar” və “Tülin Usfur” adlı iki uşağı avtomobillə vurmuşdu, həmin uşaqlardan birincisi yerindəcə şəhid olmuş, digəri isə iflic olmuşdu. Bununla belə, İsrail polisi bugünkü qəzanın normal sürücülük hadisəsi olduğunu iddia edib.

Son günlər sionist mühacirlərin Fələstin kəndlərinə və əkinçilik ərazilərinə hücumlarının sayı o qədər artıb ki, onlar Nablusun şimalında yerləşən Bərkə kəndində insanların evlərinə hücum edib, pəncərələri sındırıb və ağacları kəsiblər.

Bazar ertəsi İsrail ordusu İordan çayının qərb sahilindəki əsgərlərinə daş və ya molotof kokteyli atmaq bəhanəsi ilə fələstinli gəncləri atəşə tutmaq üçün yaşıl işıq yandırıb və yeni təlimata əsasən, İsrail əsgərləri dəstək bəhanəsi ilə fələstinlilərin evlərinə hücum edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 9 =