2023-cü ilin əvvəlindən müqavimət əməliyyatlarında 32 sionist öldürülüb

2023-cü ilin əvvəlindən müqavimət əməliyyatlarında 32 sionist öldürülüb

Sionist mediası etiraf edib ki, bu ilin əvvəlindən müqavimət əməliyyatlarında ən azı 32 sionist öldürülüb.

Müvəqqəti sionist rejimin 12-ci telekanalı şənbə günü axşam saatlarında Fələstin müqavimət qruplarının İordan çayının qərb sahilində, Qəzza ətrafında və ya işğal olunmuş Fələstin torpaqlarının digər yaşayış məntəqələrində həyata keçirdiyi əməliyyatlar nəticəsində bu ilin əvvəlindən öldürülən sionistlərin sayını açıqlayıb..

Bu kanalın bu hesabatında 2023-cü ilin əvvəlindən ən azı 32 sionistin öldürüldüyü, onlardan 26-nın atışma əməliyyatları, 4-nün avtomobillə vurma, 1 nəfərin bıçaq əməliyyatı və 1 nəfərin Qəzza zolağından atılan raket nticəsində həlak olduğu bildirilir.

 “Şahab” xəbər agentliyinin məlumatına görə, sionistlərin son ölüm hadisəsi şənbə günü İordan çayının qərb sahilində Nablusun cənubunda yerləşən “Həvarə” bölgəsində 2 sionist mühacırının həlak olması ilə nəticələnən atışma əməliyyatında baş verib.

Fələstin İslami Cihad hərəkatının sözçüsü Tariq Səlmi bu əməliyyatı sionist düşmənə cavab hesab edib və vurğulayıb: Müqavimət İsrailin siyasətləri ilə qarşıdurmaya və [Fələstinin] torpaqlarını azad etmək üçün mübarizəyə davam edəcək.

Bu xəbərə əsasən, fələstinli döyüşçülərin israilli mühacirlər və sionist əsgərlərə qarşı şəhadət əməliyyatları genişlənir. Ekspertlər deyirlər ki, bu əməliyyatlar və sionist rejimin gərgin daxili vəziyyəti bu rejimin ağır vəziyyətlə üzləşməsinə səbəb olub.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı 2023-cü ilin əvvəlindən sionist terrorçu əsgərlərin hücumları nəticəsində işğal olunmuş ərazilərdə ən azı 77 fələstinli yardım qüvvələrinin yaralandığını və ən azı 30 təcili yardım maşınının da zədələndiyini açıqlayıb.

Anadolu xəbər agentliyinin məlumatına görə, İşğal altındakı Fələstində humanitar yardım koordinatoru Lin Hastings humanitar qüvvələrin ən həssas zamanlarda fələstinlilərə kömək etmək üçün çalışdığını və böhran anlarında onlara kömək etmək öhdəliyinin sarsılmaz olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − seven =