21507 şəhid: Sionist rejimin Qəzzada son cinayət statistikası

21507 şəhid: Sionist rejimin Qəzzada son cinayət statistikası

Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana Qəzzada 21 min 507 fələstinlinin şəhid olduğunu açıqlayıb.

İRNA-nın cümə günü Əl-Cəzirəyə istinadən verdiyi xəbərə görə, Fələstinin Qəzzə Səhiyyə Nazirliyi sionist rejimin Qəzzəyə təcavüzünün başlanmasından indiyədək Qəzza zolağında 21507 fələstinlinin şəhid olduğunu bildirib.

Nazirlik həmçinin bu vəhşi təcavüzün başlanğıcından bəri 55 915 fələstinlinin yaralandığını açıqlayıb.

Qəzza Səhiyyə Nazirliyi son 24 saatda 187 fələstinlinin şəhid olduğunu, 312 nəfərin isə yaralandığını bildirib.

Bundan əvvəl Əl-Məyadin şəbəkəsi bu səhərdən etibarən ən azı 85 fələstinli şəhidin Qəzzanın mərkəzində və cənubundakı xəstəxanalara köçürüldüyünü deyib.

Bu xəbərə əsasən, bu şəhidlərdən 50 nəfəri sionist rejimin Qəzzanın mərkəzi vilayətini bombalaması zamanı şəhid olublar.

Bir neçə saat əvvəl xəbər mənbələri Ən-Nusirat və Əl-Məğazi düşərgələrində ən azı 35 fələstinlinin şəhid olduğunu açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 3 =