23-cü mərtəbədən özünü atan qadın qonşusunun başına düşdü
Türkiyənin Esenyurt bölgəsində dəhşətli intihar hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, 38 yaşlı liviya əsilli Taha H.A. 23-cü mərtəbədən özünü ataraq intihar edib.
O, işə getmək üçün binadan çıxan qonşusu Mehmet Kahramanın başına düşüb.
Nəticədə Taha ölüb, qonşusu Mehmet isə ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq tədbirləri həyata keçirilir.
BAKU.WS