24 saatda 81 fələstinli şəhid olub: Qəzzada şəhidlərin sayı 30 min 35 nəfərə çatıb

24 saatda 81 fələstinli şəhid olub: Qəzzada şəhidlərin sayı 30 min 35 nəfərə çatıb

Qəzzanın Səhiyyə Nazirliyi son statistik məlumatında son 24 saat ərzində 81 Fələstin vətəndaşının şəhid olduğunu və sionist cinayətlərinin başlandığı 7 oktyabrdan indiyədək Qəzzada şəhid olanların sayının 30 min 35 nəfərə çatdığını açıqlayıb.

İRNA-nın Əl-Cəzirə xəbər saytına istinadən verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi cümə axşamı günortadan sonra elan edib ki, sionist rejim son 24 saat ərzində 9 cinayətdə 81 Fələstin vətəndaşını şəhid edib, 132 nəfəri yaralayıb.

Nazirlik əlavə edib: Bu müddət ərzində 70 min 457 Fələstin vətəndaşı da yaralanıb.

Sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından 4 aydan çox vaxt keçməsinə və vasitəçilərin bu böhranı həll etmək səylərinin davam etməsinə baxmayaraq, işğalçı qüvvələr öz cinayətlərinə son qoymur və hər gün daha bir faciə və fəlakət yaradırlar.

Sionist rejim davamlı təcavüzü ilə yanaşı, humanitar yardım və ərzaq göndərilməsinin qarşısını almaq almaqla vəziyyəti daha da fəlakətli edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 15 =