31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib – YENİLƏNİB

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Dağaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədov dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin meyitinin qalıqları Şamaxı rayon Şəhidlər Xiyabanında topağa tapşırılıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın Dövlət Bayrağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi polkovnik Rusif Babayev tərəfindən şəhidin böyük oğlu İlkin Məmmədova təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədovun iki oğlu var və onlar Bakı şəhərində yaşayırlar.

***12:56

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədovun nəşi ailəsinə təhvil verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasiminin keçirilməsi üçün şəhidin cənazəsi Şamaxı şəhərinə gətirilib.

Şəhidin cənazəsini şəhərinin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri qarşılayıblar. Daha sonra şəhidin nəşi cənazə namazı qılınması üçün Şamaxı rayon Cümə məscidinə gətirilib və vida mərasimi təşkil olunub.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər. Mərasim başa çatdıqdan sonra Elmar Məmmədovun meyitinin qalıqları Şamaxı rayon Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məmmədov Elmar İnqilab oğlu 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. O, 1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb. Şuşanın Daşaltı kəndi düşmən işğalından azad olunduqdan sonra orada kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarının birinin Elmar Məmmədova aid olduğu təsdiqlənib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − nine =