Fələstinlilərin 33 evi sionistlər tərəfindən dağıdılıb və müsadirə edilib

Fələstinlilərin 33 evi sionistlər tərəfindən dağıdılıb və müsadirə edilib

Sionist işğalçı rejim 8-21 avqust tarixləri arasında İordan çayının qərb sahilində və işğal altındakı Qüds şəhərində fələstinlilərə məxsus 33 binanı tikinti icazəsinin olmaması bəhanəsi ilə dağıdıb və ya müsadirə edib.

İRNA-nın bazar ertəsi Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu binaların dağıdılmasından sonra 10-u uşaq olmaqla 22 fələstinli köçkün və evsiz qalıb, 100-dən çox digər Fələstin vətəndaşı isə zərər görüb.

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qüdsdəki sözçüsü Məhəmməd Həmadə bununla bağlı mətbuata açıqlamasında bildirib ki, fələstinlilərin evlərinin dağıdılması siyasətinin davam etdirilməsi insanlığa qarşı cinayət və terror aktıdır, lakin bu cinayət heç vaxt Fələstin xalqının iradəsini zəiflədə və ya qıra bilməz.

Həmadə aydınlaşdırıb ki, bu siyasət sionist düşmənin zəifliyini və bacarıqsızlığını, hətta demokratiya iddiasında olduğu bir şəraitdə belə onun bütün beynəlxalq qanunları və insan haqları prinsiplərini pozduğunu göstərir.

O, dünyanı, humanitar və hüquqi qurumları öz səssizliyini pozmağa və sionist düşmənin cinayətlərini ifşa etməyə və sionist cəlladlara qarşı Fələstin xalqına dəstək verməyə dəvət edib.

Eyni hesabata görə, 1967-ci ildə Qüdsün işğalından sonra İsrail rejimi tərəfindən dağıdılan evlərin sayı 1900 ədədi keçib.

Bu günlərdə Fələstin xəbər mənbələri sionist rejimin ekstrimist naziri İtmar Ben Guerin işğal olunmuş ərazilərin cənubundakı Nəqib bölgəsində olarkən bir sıra fələstinlilərin evlərinin dağıdılmasına yaxından nəzarət etdiyini və bununla öyündüyünü bildirmişdilər. .

Sionist rejimin buldozerləri Ben Guer və bu rejimin mənzil-tikinti naziri İshaq Qoldkunovun iştirakı ilə Nəqib bölgəsində bir sıra fələstinlilərin evlərini dağıdıblar.

Bu aksiya sionist hərbçilərin güclü dəstəyi ilə həyata keçirilib.

Fələstin torpaqlarının əsas sahibləri kimi Fələstin vətəndaşlarının evlərinin sökülməsi və müsadirə edilməsi oranı sionistlərlə əvəz etmək, Qüds şəhərini və işğal olunmuş İordan çayının qərb sahilini yəhudiləşdirmək məqsədi ilə Fələstin xalqına təzyiq göstərmək və onları köçürmək üçün edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − twelve =