“3+3” formatında görüşün nəticələrinə dair bəyanat qəbul olundu

“3+3” formatında görüşün nəticələrinə dair bəyanat qəbul olundu

Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsi vacibdir.

Bu barədə Tehranda keçirilən “3+3” formatında görüşünün nəticələrinə dair bəyanatda deyilir.

Qeyd olunub ki, bu xüsusda mübahisələrin sülh yolu ilə həllinin, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, dövlətlərarası münasibətlər və daxili işlərə qarışmamanın, güc tətbiq etməyin qadağan edilməsi və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin bütün prinsiplərinə əsaslanan insan hüquqlarına hörmət edilməsi vacibdir.

Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan “3+3” formatında görüşdə iştirak ediblər.

3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 8 =