374 işıq ili uzaqlıqda yeni protoplanet kəşf edilib

374 işıq ili uzaqlıqda yeni protoplanet kəşf edilib

İndiyə qədər astronomlar yalnız “PDS 70” ulduzunun ətrafında fırlanan iki protoplanetin, “PDS 70 b” və “PDS 70 c” varlığından xəbərdar idilər. 

Lent.az  xəbər verir ki, Liege Universiteti və Monaş Universitetinin alimləri daha bir, yəni üçüncü protoplanetin olduğunu kəşf ediblər. 

Məlumata görə, bu planet diskdə yerləşir və Yerdən 374 işıq ili uzaqlıqdadır. 

Protoplanetlərin temperaturu nisbətən aşağı olduğundan, onların əmələ gəlməsindən istilik siqnalını tutmaq üçün spektrin infraqırmızı bölgəsində müşahidələr aparılıb. 

Tədqiqatçılar 2015-2019-cu illər arasında apardıqları müşahidələr zamanı ana ulduzdan 37 dəfə uzaqda yerləşən və Kepler orbitində hərəkət edən planetar embrionun mövcudluğunun əlamətlərini aşkar ediblər. 

Kəşf 2019-cu ildə HD 169142 sistemindəki yığcam göy cisminin protoplanet olması ilə bağlı irəli sürülən fərziyyəni təsdiqləyib. İnfraqırmızı görüntülər də göstərdi ki, protoplanet nəzəri modellərin proqnozlaşdırdığı kimi diskdə boşluq buraxır. Diskin şərq tərəfində yerləşən nəhəng spiral qol protoplanetin saat əqrəbi istiqamətində orbital hərəkətinə uyğundur. Bundan əlavə, Yupiter kütləsi olan bir göy cismi protoplanetar diskdən tozu aktiv şəkildə özünə cəlb edərək kiçik bir dairəvi disk əmələ gətirir və burada peyklər də yarana bilər.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − one =