5 nəfərin öldüyü “Titan” sualtı qayığının sahibi fəaliyyətini dayandırdığını açıqlayıb
“Titanik” gəmisinin qalıqlarına səfəri zamanı qəzaya uğrayan və 5 nəfərin ölümünə səbəb olan “Titan” sualtı qayığının sahibi “OceanGate” bütün fəaliyyətini dayandırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə şirkət öz rəsmi saytında məlumat yayıb.
Bildirilib ki, şirkətin bütün ekspedisiyaların və kommersiya fəaliyyətlərinin dayandırıldığı bildirilib.
Xatırladaq ki, təxminən 6,5 metr uzunluğunda olan və 5 sərnişini ilə yola çıxan sualtı gəmi “Titan” Titanikin dağıntılarına turistik səfər üçün iyunun 18-də 96 saatlıq oksigen tədarükü ilə suya enmişdi.
Sərnişinlər arasında 58 yaşlı britaniyalı milyarder Həmiş Hardinq (Hamish Harding), Pakistanın ən zəngin iş adamlarından olan 48 yaşlı şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, “OceanGate” şirkətinin qurucusu Stokton Raş və okeanoqraf Pol-Anri Narjole (Paul Henry Nargeolet) də olub.
Səyahət müddəti 2,5 saat olacağı proqnozlaşdırılan sualtı qayığın dalışdan 1 saat 45 dəqiqə sonra “Polar Prince” gəmisi ilə əlaqəsi kəsilib.
Apa.az