50-dən çox keçmiş respublikaçı Baydenə dəstək verib

50-dən çox keçmiş respublikaçı Baydenə dəstək verib

50-dən çox keçmiş respublikaçının 2020-ci il ABŞ seçkilərində Demokrat partiyasının namizədini dəstəkləmək üçün bir qrupa qoşulduğu bildirilir.ABŞ-da 50-dən çox keçmiş milli təhlükəsizlik məmuru gələn ay keçiriləcək prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydeni dəstəkləmək üçün bir qrupa qatılıb.

“Reuters” in verdiyi məlumata görə, “keçmiş milli təhlükəsizlik rəsmiləri və Baydenin tərəfdarları” adlandırılan qrup avqust ayında 70 üzvlə təsis olunub.

56 sabiq məmurun bu qrupa qatılmasından sonra üzvlərin sayı 130-nəfərə çatıb.

Məlumatlı bir mənbə bu məmurların ABŞ-ın hazırkı və keçmiş prezidentləri ilə həmkarlığı dayandırdığını bildirib. Onlardan 7-si hazırkı Prezident Donald Trampla da həmkarlıq edib.

Qrupun digər yeni üzvləri sabiq prezidentlər Ronald Reyqan, ata və oğul Buş administrasiyasında yüksək səviyyəli təhlükəsizlik və müdafiə səlahiyyətliləri olub.

Islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + sixteen =