80 il əvvəl batmış sualtı qayıq tapılıb

80 il əvvəl batmış sualtı qayıq tapılıb

Yunan dalğıcları Egey dənizində 80 il əvvəl İkinci Dünya Müharibəsi zamanı batan İtaliyanın sualtı qayığının qalıqlarını tapıblar.

Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

“Jantina” sualtı qayığı 1932-ci ildə suya buraxılıb. 1941-ci ilin iyulunda o, Britaniyanın “HMS Torbey” sualtı qayığından atılan torpedo ilə vurulub. Qayıqda həmin zaman 48 dənizçi olub. Sualtı qayıq dekabr ayında məsafədən idarə olunan sualtı “ROV Super Achilles” aparatı vasitəsi ilə 103 metr dərinlikdə aşkar edilib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 12 =