9 maşının əzildiyi qəza anı – Video
![9 maşının əzildiyi qəza anı – Video](https://sizinyol.org/wp-content/uploads/2024/05/439748387_757797769485634_1304669139969582407_n.jpg)
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb.
Görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziyan dəydiyi görünür. Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.
Digər hadisə isə Xətai rayonu 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınıb. Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi yararsız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır.