Yaponiya Rusiya konsulunu persona-non-qrata elan edib

Yaponiya Rusiya konsulunu persona-non-qrata elan edib

Yaponiya hökuməti Xokkaydo prefekturasının Sapporo şəhərindəki Rusiya Baş Konsulluğunun əməkdaşını persona-non qrata (arzuedilməz şəxs) elan edərək ölkədən çıxarır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi oktyabrın 4-də keçirdiyi növbədənkənar mətbuat konfransında bildirib.

O, bu addımın Rusiyanın Vladivostok şəhərindəki Yaponiya Baş Konsulluğu konsulunun persona-non-qrata elan olunmasına cavab tədbiri kimi atıldığını bildirib. Nazirin sözlərinə görə, Rusiya diplomatının Yaponiya ərazisini tərk etməsi üçün oktyabrın 10-dək vaxt verilib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostok şəhərindəki konsulu Motoki Tatsunorini arzuedilməz şəxs elan etmişdi. Yaponiyalı diplomat artıq Rusiyanı tərk edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 1 =