Yaponiya Rusiya konsulunu persona-non-qrata elan edib
Yaponiya hökuməti Xokkaydo prefekturasının Sapporo şəhərindəki Rusiya Baş Konsulluğunun əməkdaşını persona-non qrata (arzuedilməz şəxs) elan edərək ölkədən çıxarır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimas Xayasi oktyabrın 4-də keçirdiyi növbədənkənar mətbuat konfransında bildirib.
O, bu addımın Rusiyanın Vladivostok şəhərindəki Yaponiya Baş Konsulluğu konsulunun persona-non-qrata elan olunmasına cavab tədbiri kimi atıldığını bildirib. Nazirin sözlərinə görə, Rusiya diplomatının Yaponiya ərazisini tərk etməsi üçün oktyabrın 10-dək vaxt verilib.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostok şəhərindəki konsulu Motoki Tatsunorini arzuedilməz şəxs elan etmişdi. Yaponiyalı diplomat artıq Rusiyanı tərk edib.
Report.az