ABŞ-da təyyarə qəzasında üç nəfər həlak olub

ABŞ-da təyyarə qəzasında üç nəfər həlak olub

ABŞ-da Biq-Bir-Siti hava limanı yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı üç nəfər həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “ABC7” telekanalı xəbər yayıb.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 01:00) qəzaya uğrayıb. Təyyarədə olan hər üç nəfər həlak olub.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + ten =