Qazaxıstanda qaz yatağında güclü yanğın
Qazaxıstanın Janajol qaz-kondensat yatağında güclü yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkə mətbuatında məlumat yayılıb.
Məlumata görə, yanğın qaz emalı zavodunun ərazisindəki yüngül karbohidrogenlərin istehsalı zavodunda başlayıb. Nəticədə 4 işçi yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabildir.
Hadisənin hansı səbəbdən baş verməsi barədə hələ ki, məlumat yoxdur.
BAKU.WS