Əl-Cəzirə operatoru Qəzzada şəhid olub
Xəbər mənbələri cümə günü gecə saatlarında bu şəbəkənin müxbiri ilə birlikdə yaralanan Qətərin Əl-Cəzirə şəbəkəsinin operatorunun sionist rejimin Qəzzanın cənubuna təşkil etdiyi hava hücumunda şəhid olduğunu bildiriblər.
İRNA-nın Əl-Cəzirəyə istinadən verdiyi xəbərə görə, Qətərin Əl-Cəzirə telekanalının operatoru Samir Əbu Dəqqə Xanyunisdə sionist rejimin cinayətlərini işıqlandırarkən hava hücumu nəticəsində şəhid olub.
Bu xəbərə əsasən, sionist rejimin Qəzzanı bombalaması nəticəsində ailəsi şəhid olan Əl-Cəzirə müxbiri Vael Əbu Dəhduh da bu hücumda yaralanıb.
Qətərin Əl-Cəzirə kanalının operatorunun şəhid olması ilə Qəzzada şəhid olan jurnalistlərin sayı 90-a çatıb.