“Rocket Lab” kosmosa ilk elektron raketini buraxıb

“Rocket Lab” kosmosa ilk elektron raketini buraxıb

“Rocket Lab” şirkəti cümə günü bildirib ki, özünün ilk elektron raketini Yeni Zelandiyadakı bir obyektdən kosmosa buraxıb. Bu, İlon Maskın “SpaceX” kompaniyasının rəqibinin sentyabr ayındakı uğursuzluqdan sonra ilk uçuşu olub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yaponiyada yerləşən Yerin təsviri şirkəti olan Kosmos Pionerləri İnstitutu üçün peyk daşıyan raket Yeni Zelandiyanın şimal adasındakı buraxılış meydançasından kosmik fəzaya buraxılıb. Onun daşıdığı peyk təxminən 50 dəqiqədən sonra orbitə çatıb.

“Rocket Lab” şirkəti elektron raketin ötən il uğursuz nəticələnən buraxılışından sonra bütün texnologiyaları yenidən sınaqdan keçirib və növbəti buraxılışlar üçün mükəmməl mexanizm hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =