Çin: Amerikanın vetosu Qəzzanı daha təhlükəli vəziyyətə gətirib çıxardı

Çin: Amerikanın vetosu Qəzzanı daha təhlükəli vəziyyətə gətirib çıxardı

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymasını sərt şəkildə tənqid edib.

Çin çərşənbə günü xəbərdarlıq edib ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada dərhal atəşkəslə bağlı qətnaməsinə veto qoyulması vəziyyəti daha təhlükəli edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning keçirdiyi mətbuat konfransında Pekinin bu qətnaməni təsdiq etmək istədiyini və onun lehinə səs verdiyini bildirib.

O əlavə edib: Amerika bir daha təkbaşına ona veto qoydu və Qəzzada vəziyyəti daha təhlükəli vəziyyətə saldı.

Mao Ning əlavə edib ki, Qəzzada humanitar vəziyyət son dərəcə ciddiləşib və regionun sülh və sabitliyinə ciddi təsir edib.

Çərşənbə axşamı Birləşmiş Ştatlar Qəzzada dərhal atəşkəsin yaradılması və israilli məhbusların qeyd-şərtsiz azad edilməsi üçün Əlcəzairin təklif etdiyi qətnamə layihəsinə veto qoyub.

Amerikanın Əlcəzairin Təhlükəsizlik Şurasında təklif etdiyi qətnaməyə veto qoyması Çin, Rusiya, Səudiyyə Ərəbistanı və hətta Fransa və Sloveniya da daxil olmaqla bəzi Amerika müttəfiqləri tərəfindən tənqid edilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra vurğulayıb ki, Təhlükəsizlik Şurası mümkün qədər tez zorakılıq və münaqişəni dayandırmalıdır. Bu, diqqətdən kənarda qalmamalı olan mənəvi borcdur.

O, əlavə edib ki, Çin Təhlükəsizlik Şurasına daha məsuliyyətli və mənalı addımlar atması və Qəzzada müharibənin dayandırılması istiqamətində beynəlxalq ictimaiyyətin bütün tərəfləri ilə işləməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =