Sionist media: Yəmənlilərin addımları  nəticəsində İsrailin bütün limanları zərər görüb

Sionist media: Yəmənlilərin addımları  nəticəsində İsrailin bütün limanları zərər görüb

Sionist mediası bir hesabatda Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdəki hücumları nəticəsində bütün İsrail limanlarının böyük ziyan gördüyünü etiraf edib.

Sionist İ24 internet saytı müvafiq hesabatında Yəmənin Qırmızı dənizdəki hücumlarının iqtisadi arteriyaları, xüsusən də İsrailin iqtisadi arteriyasını kəsdiyini və gəmiçilik şirkətlərinə (sionist rejim və onun işbirlikçilərinə) ağrılı zərbələr vurduğunu açıqlayıb.

Bu medianın məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının addımları və əməliyyatları beynəlxalq gəmiçilik şirkətlərinin Babəl-Məndəb boğazından keçməməsinə və İsrail limanlarına əvvəlki dövrə nisbətən üç dəfə gec çatmasına səbəb olub.

Hayfa Limanındakı Strateji Planlaşdırma Departamentindən Xətam Səlamə bu mediaya deyib: Yəmənin hücumları limanın fəaliyyətinə birbaşa təsir edib, biz bu hərəkətlərdən təsirlənirik və təkcə bu liman deyil, bütün region bundan təsirlənib, məsələn, normalda bir həftə ərzində gəlməli olan gəmi üç həftədən sonra gəlir.

Bu limanın direktoru Tal Qoldşteyn də deyib: Təhlükəsizlik şərtləri sığorta şirkətlərinin konteynerlərə daha çox rüsum tətbiq etməsinə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − one =