Netanyahu Amerikaya: İsrail ordusunu boykot etməyə çalışan istənilən tərəflə döyüşəcəyəm

Netanyahu Amerikaya: İsrail ordusunu boykot etməyə çalışan istənilən tərəflə döyüşəcəyəm

Sionist rejimin baş naziri Amerikanın bu rejimə hərbi sektorda sanksiya tətbiqi planına qarşı çıxacağını bildirib.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin baş naziri Benyamin Netanyahu deyib: Kimsə İsrail ordusun sanksiya qoya biləcəyinə inanarsa, bütün gücümlə onunla vuruşacağam.

Netanyahu Qəzza zolağındakı müharibə ilə bağlı yalan iddialarını təkrarlayaraq deyib: Biz tezliklə Həmasa daha çox ağır zərbələr endirəcəyik.

“Axios” xəbər saytı üç amerikalı rəsmiyə istinadən Vaşinqton tezliklə İordan çayının qərb sahilində insan haqlarını pozduğu üçün sionist rejim ordusuna bağlı “Netza Yehuda” batalyonuna sanksiya tətbiq edəcəyindən xəbər verib.

Axios yazır: ABŞ ilk dəfədir ki, İsrailin hərbi birləşməsinə sanksiya tətbiq edir və ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə bu batalyonun sanksiyasını elan edəcək.

Bu xəbər saytı “məlumatlı” adlandırdığı mənbələrə istinadən əlavə edib: Sanksiyalar bu batalyona və onun üzvlərinə hər cür yardım və hərbi təlim almağa mane olur. Bu sanksiyanın səbəbi isə İordan çayının qərb sahilində yerləşən bu batalyon İsrail rejimi ordusunun başqa heç bir batalyonunda qəbul edilməyən “bir çox ifrat sağçı gənc mühacirlər üçün cazibə mərkəzinə çevrilməsidir.

Xatırladaq ki, Netza Yehuda batalyonu 1999-cu ildə radikal sionist əsgərlər üçün xüsusi bölmə kimi yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 12 =