Sionist rejim: Həmasla razılığa gəlmək üçün yalnız Qətər vasitəçilik edə bilər

Sionist rejim: Həmasla razılığa gəlmək üçün yalnız Qətər vasitəçilik edə bilər

Sionist mediası bu rejim rəsmilərinin məhbus mübadiləsi razılaşmasında yalnız Qətərin Həmasla vasitəçilik edə biləcəyi qənaətində olduğundan xəbər verirlər.

İRNA-nın məlumatına əsasən, sionist Radio və Televiziya Təşkilatı bildirib bu gün (22 aprel) elan edib: Yüksək səviyyəli İsrail rəsmilərinin fikrincə Həmasla məhbus mübadiləsi razılaşması məsələsində Qətərdən başqa heç bir ölkə vasitəçilik etməyə qadir deyil.

İsrailin Kan kanalı bəzi mənbələrə istinadən sionist rejim Həmas liderlərinin Qətərdən Türkiyəyə köçürülməsi ehtimalından narahat olduğunu vurğulayaraq elan edib ki, Qətərin rəsmi dairələri də Türkiyə liderləri kimi sionist rejim haqqında problemli şərhlər vermirlər.

Məlumata görə Həmas siyasi bürosu rəsmisi Tahir əl-Nunu bu məsələ ilə əlaqədar Qətər və Misirin vasitəçiliyini Türkiyənin vasitəçiliyi ilə əvəz etməyə çalışmadığını və İsmayıl Həniyyənin Türkiyəyə son səfərinin heç bir faydası olmadığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =