Hizbullah İsrail dronunu vurdu

Hizbullah İsrail dronunu vurdu

Livan İslami Müqaviməti dünən gecə (21 aprel) ölkənin cənubunda sionist pilotsuz təyyarəni vurdmasından xəbər verib.

İRNA-nın Əl-Mənara istinadən verdiyi məlumata əsasən, Hizbullah hərəkatı Livanın cənubundakı Əl-Aişiyyə bölgəsində İsrailə məxsus döyüş tapşırığı yerinə yetirən Hermes 450 pilotsuz təyyarəsini vurduğunu elan edib.

Məlumata görə həmçinin işğal altındakı Fələstin sərhədində yerləşən əl-Mutla qəsəbəsində sionist hərbçilərin istifadə etdiyi iki bina hədəfə alınıb.

Sionist mediası işğal olunmuş Fələstinin şimalında yerləşən Əl-Cəlil bölgəsinin əl-Mutla və Kəffar Cəladi qəsəbələrində həyəcan təbili çalması barədə məlumat verib.

Ötən bir neçə ayda Livan Hizbullahı sionist rejimin Qəzza zolağında törətdiyi dəhşətli cinayətlər və bu bölgədə çoxlu sayda fələstinlinin qanının axıdılmasının ardınca işğal olunmuş ərazilərin şimalında yerləşən sionist rejim hərbi mövqelərinə hücum edir. Bu isə sionist qəsəbə sakinlərinin qorxusuna səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =