İsrailin müharibə naziri ABŞ-ın sanksiyaydan narahatdır

İsrailin müharibə naziri ABŞ-ın sanksiyaydan narahatdır

Sionist rejimin müharibə naziri ABŞ-ın İsrail ordusu batalyonuna qarşı tətbiq etdiyi sanksiyaları ordunun yüksək səviyyəli rəsmiləri ilə müzakirə edib.

Mehr Xəbər Agentliyinin Amerikanın Axios internet saytına istinadən verdiyi xəbərdə Yoav Qalant “Netsah Yehuda” batalyonuna qarşı gözlənilən ABŞ-ın mümkün sanksiyalarına İsrail hərbi hakimiyyətinin reaksiyasını müzakirə etdiyi deyilir.

Axios yazır: İsrailin müharibə naziri bir batalyona zərər vermənin bütün orduya zərər vermək olduğunu, bunun dostlara uyğun rəftar etmək üsulu olmadığını deyib.

Qeyd edək ki, Amerika mənbələri ilk dəfə və nadir bir addım olaraq Vaşinqtonun İordan çayının qərb sahilindəki ekstremist sionist batalyonuna sanksiya tətbiqindən xəbər vermişdi.

Digər bir məlumata görə ABŞ dövlət katibi Antoni Blinken və İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağında atəşkəsə nail olmaq, digər girovların azad edilməsi səylərini müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı bəyanatda deyilir: İsrailin təhlükəsizliyini təmin etmək səylərini və girovların azad edilməsinə nail olmaq üçün danışıqları, atəşkəs və Qəzzanın mülki əhalisinə kritik humanitar yardım axınının artırılmasını müzakirə etdi.

Miller qeyd edib ki, söhbət zamanı Blinken regionda gərginliyin azaldılması üzrə tədbirlərə diqqət yetirib. A.Blinken İsrail hərbi kabinetində nazir Benni Qanzla da danışıb. Tərəflər Fələstin anklavının mülki əhalisinə dəymiş ziyanı minimuma endirmək üçün əlavə addımları, eləcə də münaqişənin yayılmasının qarşısını almaq səylərini müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =