Livanın cənubundan sionist hərbi bazasına raket hücumu
İnformasiya qaynaqları Livanın Hizbullahının bu ölkə ilə sərhəddəki sionist hərbi bazanı raket hücumu ilə hədəfə almasından xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, sionist mediası Livanın cənubundan İsrailin işğal olunmuş Fələstinin şimalındakı Roysat Əl Aləm bazasına 3 raket atıldığını elan edib.
Məlumata görə, işğal olunmuş Fələstinin şimalında yerləşən sionist qəsəbəsindəki Əl Mətlə bazası da Hizbullahın hücumlarına məruz qalıb. İsrail müharibə nazirliyinin bir rəsmisi Livan Hizbullahının müxtəlif növlü 150 min raketi olduğunu vurğulayaraq onların Fələstinin hər bir nöqtəsinə əllərinin çatdığını deyib.
Qeyd edək ki, 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra işğal olunmuş torpaqların şimal bölgələrində yaşayan sionistlər Livan Hizbullahının raket və dron hücumlarından amanda deyil və bu müddət ərzində minlərlə sionist qəsəbələri tərk etmək və yaxud sığınacaqlarda yaşamaq məcburiyyətində qalıblar.